• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sahibə Qafarova Türkiyəyə getdi - FOTOLAR

CƏMİYYƏT

27 Aprel 2023 | 16:59

Sahibə Qafarova Türkiyəyə getdi - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 27-də Türk Dövlətləri Parlament Assambleyasının XII Plenar İclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nizami Cəfərov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sədaqət Vəliyeva, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Ankara şəhərinin Əsənboğa Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Hüquq komissiyasının sədri Erol Kaya, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Türk Dövlətləri Parlament Assambleyasının iclasında çıxışı gözlənilir.


Sahibə Qafarova Türkiyəyə getdi - FOTOLARSahibə Qafarova Türkiyəyə getdi - FOTOLARSahibə Qafarova Türkiyəyə getdi - FOTOLARSahibə Qafarova Türkiyəyə getdi - FOTOLARSahibə Qafarova Türkiyəyə getdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR