• Bakı 22° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Səhiyyə naziri Yunanıstan səfiri ilə görüşdü - FOTO

CƏMİYYƏT

09 Iyun 2026 | 17:18

Səhiyyə naziri Yunanıstan səfiri ilə görüşdü - FOTO

Səhiyyə naziri Teymur Musayev Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüş keçirib.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadr hazırlığı, rəqəmsal səhiyyə həlləri, eləcə də ictimai səhiyyə sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və səhiyyə infrastrukturunun müasirləşdirilməsi barədə məlumat verib.

Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Yunanıstanın Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib. O, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR