• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

AZAL bu ilin ilk yarısında 1,9 milyon sərnişin daşıyıb

CƏMİYYƏT

09 Iyul 2026 | 14:59 | Müəllif: Aynur Babazadə

AZAL bu ilin ilk yarısında 1,9 milyon sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ilin yanvar-iyun aylarında 1,9 milyon sərnişinə xidmət göstərib.

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Hesabt dövründə AZAL 8 462 reys yerinə yetirib. Bu göstərici 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 7 %-lik artım deməkdir. Marşrut şəbəkəsi isə 52 istiqamətə çatdırılıb.

Bundan başqa, AZAL-ın donanmasına 3 yeni nəsil "Airbus" təyyarəsi əlavə olunub.

AZAL həmçinin Şımkentə birbaşa uçuşlara başlayıb, Brüssel, Qars, Aktöbə və Atırau istiqamətləri üzrə bilet satışını açıb, rəqəmsal xidmətlərini genişləndirərək sərnişin təcrübəsini daha da təkmilləşdirib.


AZAL bu ilin ilk yarısında 1,9 milyon sərnişin daşıyıbAZAL bu ilin ilk yarısında 1,9 milyon sərnişin daşıyıbAZAL bu ilin ilk yarısında 1,9 milyon sərnişin daşıyıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026