• Bakı 25° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

CƏMİYYƏT

09 Iyul 2026 | 16:13

Azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

“Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, qərarın səbəbi hələlik açıqlanmır.

Bildirilir ki, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının fəaliyyətdə olan üzvü və “Pravovoy Sovetnik” Samara vəkillər kollegiyasının vəkilidir. 

Qeyd olunur ki, son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır. Onların etnik mütəşəkkil cinayətkar qruplarla əlaqələri yoxlanılır.

Xatırladaq ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026