Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 8 iyun tarixində keçirilən məhkəmə iclasında zərərçəkmiş Ruhin Tağıyev 30 min manatı Zaur adlı şəxsin iştirakı ilə Oktay Babayevə verdiyini, həmin vəsaiti isə borc götürərək ödədiyini bildirib.
İclasda Kamil Cəlilovun da ifadəsi dinlənilib və əvvəlki açıqlamaları ilə indikilər arasında olan ziddiyətlər müzakirə olunub.
Təqsirkar görülən Oktay Babayev ittihamları qəbul etməyərək bütün iddiaları təkzib edib. İş üzrə növbəti məhkəmə iclası iyul ayı ərzində keçiriləcək.
Babayevin hərbi fəaliyyəti ilə bağlı da iddialar səsləndirilib. Şikayətçiyə görə, o, hərbi hissədə işlədiyi dövrdə əsgərlərə təzyiq göstərib və xidmət yerlərinin dəyişdirilməsinə vasitəçilik edib.
Nəzrin Mübariz
Bakı 



