• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək

İDMAN

24 Aprel 2022 | 11:42

Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub.

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026