Şəki şəhərinin Turan qəsəbəsində yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 90 m² sahədə, ümumi sahəsi 125 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 90 m² sahədə, binanın ikinci mərtəbəsində hər birinin sahəsi 155 m² olan 4 otaqlı iki mənzilin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
...
10:30
Şəkidə bir neçə ailənin yaşadığı binada yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, yanğın səhər saatlarında rayonun Turan qəsəbəsində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın söndürülüb.
















