Şəmkirdə yol-nəqliyyat hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(apa)
















