• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Oğuzda 3 maşın toqquşdu - xəsarət alanlar var

HADİSƏ

04 Iyun 2022 | 17:52 | Müəllif: Subhan Mahmudov

Oğuzda 3 maşın toqquşdu - xəsarət alanlar var

Oğuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla "Toyota Prius" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026