İşə qəbul olunan şəxslərin sənədləri PDF formatda yüklənə bilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
Onun sözlərinə görə, sistemdə məlumatlar olduğu üçün namizədin əlavə olaraq sənəd daxil etməsinə ehtiyac yoxdur.
S.Məhərrəmova nəzərə çatdırıb ki, hansısa sənəd lazım olarsa, sistem üzərindən bildirilir:
"Əgər namizədin sənədləri arasında aradan silinməli olan sənəd varsa, 1 gün ərzində həmin sənəd geri qaytarılır. Namizəd isə 5 iş günü ərzində sənədi qaydasına salıb göndərməlidir".
Mina Mikayılova