• Bakı 19° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Şərabçılıq məhsullarının reklamına dair YENİLİK

İQTİSADİYYAT

22 Aprel 2025 | 12:57

Şərabçılıq məhsullarının reklamına dair YENİLİK

Şərabçılıq məhsullarının reklamına dair qaydalar dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.

Bundan əlavə “Reklam haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin reklamını yerləşdirə bilməyəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026