• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq

İDMAN

01 Yanvar 2025 | 16:50

Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq

Sergen Yalçın yenidən Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb.

"Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026