• Bakı C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

"Qarabağ"la oyunun nəticəsindən tam razıyam" - Mendilibar

İDMAN

31 Yanvar 2025 | 11:00

Qarabağla oyunun nəticəsindən tam razıyam - Mendilibar

Nəticədən tam razıyam.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar Yunanıstanda "Qarabağ"a qalib gəldikləri UEFA Avropa Liqasının matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis hər kəsin Pirey təmsilçisi ilə fəxr etməli olduğunu bildirib:

"Turnirə yaxşı başlamamışdıq. "Lion" bizi iki top fərqi ilə məğlub etmişdi. Hətta daha çox qol vura bilərdi. Çünki yaxşı oynamadıq. Sonra toparlandıq və yeddinci yeri tutmaq üçün lazım olanı etdik".

Qeyd edək ki, Liqa mərhələsini 15 xalla 7-ci pillədə başa vuran "Olimpiakos" birbaşa 1/8 finala vəsiqə qazanıb. "Qarabağ" isə 3 xalla sonuncu - 36-cı olub.


SON XƏBƏRLƏR