• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edildi

GÜNDƏM

13 Mart 2021 | 18:35

Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edildi

Prezident İlham Əliyev Naxçıvan Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.

2. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilsin.

3. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilsin”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026