Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, qəza Novxanı qəsəbəsində baş verib.
1986-cı il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi "KİA Optima" markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən "KİA Rio" markalı maşına çırpılıb.
Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində "KİA Rio" markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.
















