• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gəncədə 87 yaşlı kişi yıxılaraq öldü

HADİSƏ

21 Yanvar 2022 | 19:13 | Müəllif: Subhan Mahmudov

Gəncədə 87 yaşlı kişi yıxılaraq öldü

Gəncədə bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən evdə qeydə alınıb. 

Həmin ünvanda yaşayan 1935-ci il təvəllüdlü Məhərrəm Rəsulov yaşadığı evin hamamında yıxılıb. Başı yerə dəyən 87 yaşlı kişi ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR