• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

HADİSƏ

20 Fevral 2022 | 11:48

Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib. A.İmranovun narkotiki satdığı şəxslər də müəyyən olunub və həmin şəxslərdən də marixuana götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir və F.İmranov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026