• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Şamaxıda və Ağdamda yanğın oldu

HADİSƏ

22 Mart 2022 | 09:32 | Müəllif: Subhan Mahmudov

Şamaxıda və Ağdamda yanğın oldu

Şamaxı rayonunun Dədəgünəş kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 44 m² olan birmərtəbəli inzibati binanın dam örtüyü 20 m² sahədə və qismən tavanı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, binanın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində ümumi sahəsi 42 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR