• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mingəçevirdə inzibati binanın şüşəsini sındıran şəxs saxlanılıb

HADİSƏ

21 Yanvar 2022 | 22:14 | Müəllif: Qalib İbrahimoğlu

Mingəçevirdə inzibati binanın şüşəsini sındıran şəxs saxlanılıb

Mingəçevirdə Heydər Əliyev Mərkəzinin şüşəsi sındırılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Mingəçevir şəhəri ərazisində yerləşən inzibati binanın qapısının şüşəsini daş atılaraq sındırılması ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub. Mərkəzin əməkdaşı Emil Xanlarov hadisə ilə bağlı məlumat verərək qeyd edbi ki, günorta saatlarında bir nəfər H.Əliyev Mərkəzini İcra Hakimiyyətinin binası bilib, daş ataraq iri pəncərəni qırıb: ”Mərkəzin mühafizə xidməti dərhal həmin şəxsi zərərsizləşdirib və hadisə yerinə gələn polis əməkdaşlarına təhvil verib”.

M.Məsimov bildirib ki, daxil olmuş məlumatla əlaqədar keçirilmiş tədbirlər nəticəsində həmin əməli törədən şəxsin şəhər sakini, Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda olan Elmin İsgəndərov olduğu müəyyən edilib və o, valideyninin də iştirakı ilə şöbəyə gətirilib.

Hazırda məsələ ilə əlaqədar araşdırma aparılır.


Mingəçevirdə inzibati binanın şüşəsini sındıran şəxs saxlanılıbMingəçevirdə inzibati binanın şüşəsini sındıran şəxs saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR