• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu tikinti şirkəti 70 min manatlıq ağacları kəsdirdi

HADİSƏ

21 Yanvar 2022 | 16:12 | Müəllif: Subhan Mahmudov

Bu tikinti şirkəti 70 min manatlıq ağacları kəsdirdi

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “XXI əsr Xəzər İnşaat” MMC tərəfindən kəsildiyi və təbiətə 67680 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026