• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Zərdabda DƏHŞƏT: Ana-bala yanaraq öldü - YENİLƏNİB

HADİSƏ

19 Fevral 2022 | 15:35 | Müəllif: Subhan Mahmudov

Zərdabda DƏHŞƏT: Ana-bala yanaraq öldü - YENİLƏNİB

Zərdabda evdə iki nəfərin ölümü ilə nəticələnən yanğında daha üç ailə üzvü xəsarət alıb.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, xəsarət alanlar 6 yaşlı Əhmədov Gülməmməd və nənəsi Gülayə Əhmədova ağır yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Yaralılar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Hadisə zamanı evdə olan azyaşlıların babası Ağabala Əhmədov isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib.

***

09:11

Zərdabda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR