• Bakı 20° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanıldı

HADİSƏ

10 Iyun 2025 | 12:51

Sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanıldı

Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 10-da saat 02 radələrində M.Əliyev küçəsində “Saipa” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edən sürücü maddi zərərlə nəticələnən qəza törədib.

1994-cü il təvəllüdlü şəxs idarə etdiyi “Saipa” avtomobili ilə yol kənarında dayanan “Hyundai” markalı nəqliyyat vasitəsinə və mopedə çırpılıb.

Nəticədə “Saipa” markalı avtomobildə olan 1 nəfər yüngül xəsarət alıb. Sərxoş vəziyyətdə olan sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025