• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə görüş keçirildi

İQTİSADİYYAT

08 Iyul 2024 | 18:48

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə görüş keçirildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi, “yaşıl” enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyət nəzərdən keçirilib.

Görüşdə enerji keçidi dövründə səmərəliliyin artırılması, ölkələrimiz arasında birgə layihələrin dəstəklənməsi və investisiya əməkdaşlığının genişləndirilməsi kimi məsələlər müzakirə olunub. 


SON XƏBƏRLƏR

05 Oktyabr 2024