• Bakı 26° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.8768

    RUB - 0.0188

Azərbaycanda vergi daxilolmaları 10 milyard manatı keçib

İQTİSADİYYAT

07 Avqust 2024 | 15:20

Azərbaycanda vergi daxilolmaları 10 milyard manatı keçib

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 272,8 milyon manat vergi daxil olub.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.

7 aylıq vergi daxilolmalarının 6 milyard 944,1 milyon manatı və yaxud 67,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 % çoxdur.


SON XƏBƏRLƏR