• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

“Sevgilimlə barışmışıq” - Şəbnəm Qəhrəmanova

MƏDƏNİYYƏT-ŞOU

18 Aprel 2024 | 10:04

“Sevgilimlə barışmışıq” - Şəbnəm Qəhrəmanova

“Keçən dəfə efirə çıxanda ayrılmışdıq. İndi sevgilimlə barışmışıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu  müğənni Şəbnəm Qəhrəmanova “Həmin Zaur” verilişində deyib.

İfaçı sevdiyi şəxslə tez-tez küsüb-barışdığını etiraf edib:

“Hiss olunur. Əsas sevgidir. Xanımlara sevgi vermək lazımdır. Xanımlar sevgi ilə daha da gözəlləşirlər. Gözlərimizin içi parıldayır. Mən sevməsəm oxuya bilmərəm. Elə bilirəm səsim batır”.

Xatırladaq ki, Şəbnəm Qəhrəmanova bir neçə il öncə qeyri-qanuni nikahdan uşaq dünyaya gətirmək iddiası ilə gündəmə gəlib. O, tənqidlərin qarşısında rəsmi nikahının olmadığını etiraf edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR