Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Neftçala şəhərində Əmək yarmarkası təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, 19 işəgötürənlə ilə birgə keçirilən tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak edib. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 87 boş iş yerləri (əməkhaqqı 350-5000 manat aralığına) təqdim olunub.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 467 nəfər vətəndaşla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb edilib .Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib ,uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.












jpg-1720255135.webp)


jpg-1720250817.webp)

jpg-1720243329.webp)
jpg-1720243159.webp)


