• Bakı 18° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Slovakiya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

DÜNYA

06 Oktyabr 2025 | 21:21

Slovakiya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Slovakiya Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımını ehtiva edən yeni hərbi dəstək paketi hazırlayır.

Bakıvaxtı.az  "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinak Kiyevdə Üçüncü Beynəlxalq Müdafiə Sənayesi Forumunda (DFNC3) açılış nitqi zamanı bildirib.

"Böyük məmnuniyyətlə bildirirəm ki, nazir Şmıqalla mən indicə Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini özündə əks etdirən 14-cü yardım paketinə dair memorandum imzalamışıq", - o deyib.

R.Kalinak onsuz da hərtərəfli olan müdafiə əməkdaşlığını genişləndirmək, potensial layihələri müəyyən etmək məqsədilə ukraynalı həmkarı Denis Şmıqalla işləmək üçün Kiyevdə olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR