• Bakı 17° C

    1.48 m/s

ŞOK HADİSƏ: 3 gün xarab liftdə oturan qadın öldü

DÜNYA

31 Iyul 2023 | 00:23 | Müəllif: Subhan Mahmudov

ŞOK HADİSƏ: 3 gün xarab liftdə oturan qadın öldü

Özbəkistanın paytaxtında yeni tikilidə gənc qadının meyiti tapılıb. Məlum olub ki, 32 yaşlı yerli sakin 3 gün xarab liftdə oturub.

Bakıvaxtı.az bildirir ki, respublika prokurorluğunun məlumatına görə, faciə Daşkəndin Parkent küçəsindəki evdə baş verib.

Müşahidə kameralarının görüntüləri sayəsində iyulun 24-də poçtalyon işləyən qadının lift vaqonuna daxil olduğunu müəyyən etmək mümkün olub. İyulun 26-da qohumları onu axtarışa veriblər.

Daha sonra qadının meyiti tapılıb. Ekspertlərin fikrincə, o, kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində dünyasını dəyişib. Qadının fəryadını isə heç kim eşitməyib.

Hadisə ilə bağlı araşdırma aparılır./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026