• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dünyanın ən bahalı pendiri hərracda 30 min avroya satıldı

DÜNYA

29 Avqust 2023 | 20:41

Dünyanın ən bahalı pendiri hərracda 30 min avroya satıldı

İspaniyanın şimalında istehsal olunan mavi Cabrales pendiri dünyanın ən bahalı pendiri olmaqla Ginnesin Rekordlar Kitabına düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İndependent" nəşri yazıb. 

Məlumata görə, bu yaxınlarda Los Puertos fabrikində hazırlanmış 2,2 kq çəkisi olan pendir hərracda 30 min avroya satılıb. Pendir istehsalçıları ailəsi bildiriblər ki, onların pendiri dəniz səviyyəsindən 1400 metr hündürlükdə, mağarada 7°C temperaturda dinləndirilib. İstehsalçının sözlərinə görə, pendir orada ən azı 8 ay qalıb.

Onu Asturiyadakı El Llagar de Colloto-ya sahib olan bir restorançı alıb. İş adamının sözlərinə görə, o, pendir istehsalçılarının əməyini həqiqətən yüksək qiymətləndirdiyi üçün bu qiymətə pendir alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026