• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Ukrayna NATO-ya üzv olmağa əvvəlkindən daha yaxındır” - Stoltenberq

DÜNYA

28 Sentyabr 2023 | 17:20 | Müəllif: Qalib İbrahimoğlu

“Ukrayna NATO-ya üzv olmağa əvvəlkindən daha yaxındır” - Stoltenberq

“Ukrayna Alyansa üzv olmağa əvvəlkindən daha yaxındır”.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə prezident Vladimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Ukraynanın gələcəyi NATO-dadır.

Stoltenberq vurğulayıb ki, beynəlxalq arenada Ukraynaya dəstək artmaqda davam edir, Rusiya Federasiyasının hərəkətlərinə dəstək isə azalır. Baş katib deyib ki, ukraynalılar öz ailələri və gələcəyi üçün, Moskva isə imperiya illüziyaları uğrunda mübarizə aparır. "İyulda Vilnüs sammitindən sonra biz hamımız Ukraynanın NATO-ya qoşulması ilə bağlı razılığa gəldik. Bunu reallaşdırmaq üçün üç tarixi qərar qəbul olundu", - Alyansın baş katibi qeyd edib.

Y.Stoltenberq bildirib ki, birinci həll yolu üzvlük fəaliyyət planının həyata keçirilməsi tələbini aradan qaldırmaqla Ukraynanın NATO-ya gedən yolunu qısaltmaqdır: “İkincisi, Ukrayna silahlı qüvvələrinin NATO üzvü olan ölkələrin orduları ilə tam uyğunlaşacağı proqram üzrə razılaşmadır. Üçüncüsü, NATO ilə Ukrayna arasında siyasi əlaqələrin görünməmiş səviyyədə gücləndirilməsi. Söhbət Ukrayna-NATO komissiyasının yaradılmasından gedir”.

Onun dediyinə görə, bu üç qərar o deməkdir ki, Ukrayna indi əvvəlkindən daha çox NATO-ya yaxındır.

O əlavə edib ki, Alyans üzvləri Rusiyanın təcavüzündən qorunmaq üçün Ukraynaya yardım göstərməyə davam edəcək. Onun sözlərinə görə, NATO-ya üzv ölkələr öz aralarında Ukraynaya təxminən 100 milyard avro yardım bölüblər ki, bunun da yarısı Amerika Birləşmiş Ştatlarına məxsusdur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR