Rusiya lideri Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi onun hərbi cinayətlərə görə həbsinə order verdikdən sonra Rusiyanı tərk etməyib.
Bakıvaxtı.az xəbər verir ki, "Bloomberg"in mənbələrə istinadən verdiyi məlumata görə, Putin oktyabrda Xi Jinping ilə görüş üçün Çinə gedəcək.
"Putin yalnız təhlükəsizlik xidmətinin onun təhlükəsizliyinə tam təminat verə biləcəyi ölkələrə getməyə hazırdır və Çin də belə yerlərdən biri kimi görünür", - deyə məlumatda deyilir.
















