"Qazprom"un səhmdarlara aid xalis mənfəəti 2023-cü ilin birinci yarısında 296,2 milyard rubla düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Qazprom"un beynəlxalq maliyyə hesabatı standartlarına (BMHS) əsasən məlum olub.
Bu rəqəmin 2,5 trilyon rubl təşkil etdiyi ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət 8,5 dəfə azalıb. Onun azalması, ilk növbədə, hesabat dövründə rublun ucuzlaşması fonunda məzənnə fərqlərinin təsiri ilə bağlıdır.
"Qazprom"un idarə heyətinin sədr müavini Famil Sadıqov bildirib ki, holdinqin altı ay ərzində gəliri 4,11 trilyon rubl təşkil edib.
















