• Bakı 21° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Son bir ayda 945 şəxs üçün kiçik təsərrüfatlar qurulub

İQTİSADİYYAT

03 Iyun 2025 | 11:10

Son bir ayda 945 şəxs üçün kiçik təsərrüfatlar qurulub

Ötən ay paytaxt və regionlarda 945 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Qeyd edilib ki, proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.


SON XƏBƏRLƏR

04 Iyun 2025