• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

SON DƏQİQƏ: Putindən "dialoq" mesajı: Rusiya hazırdır

DÜNYA

30 Iyun 2022 | 14:32

SON DƏQİQƏ: Putindən dialoq mesajı: Rusiya hazırdır

Rusiya prezidenti Vladimir Putin ölkəsinin nüvə tərksilahı və strateji sabitlik üzrə dialoqa hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin ilk günündən gündəmdən düşməyən İlan adası çoxsaylı qarşıdurmalara şahidlik edib. Verilən məlumatlara görə, Rusiya Qara dənizdəki bu strateji nöqtə üçün əlamətdar bir addım ataraq, qüvvələrini adadan çıxardığını elan edib. Rəsmi Moskva bu addımı “xoşməramlı jest” adlandırıb.

Qeyd olunub ki, sözügedən addım Kiyevin kənd təsərrüfatı məhsullarının ixracına icazə vermək üçün atılıb.

Mövzu ilə bağlı Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “İyunun 30-da xoşməramlılıq əlaməti olaraq Rusiya silahlı qüvvələri İlan adasındakı missiyasını başa vurdu və orada yerləşən qarnizonu geri çəkdi”.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Mart 2024