Amerikanın “Space Perspective” kompaniyası turistlərlə birgə kosmosa qalxacaq kapsulun dizaynının son variantını nümayiş etdirib.
Bakıvaxtı.az xəbər verir ki, “Spaceship Neptune” adlanan kapsul turistləri Yer səthindən 32 kilometr yüksəkliyə qaldıracaq. Kosmik aparatda səyahət etmək üçün bir biletin qiyməti 125 min dollar olacaq. 360 dərəcə müşahidə göyərtəsinə malik kapsulda səkkiz sərnişin səyahət edə biləcək. Uçuş təxminən altı saat davam edəcək.
Kapsulda quraşdırılan teleskopik kameralar sərnişinlərə Yer kürəsini yuxarıdan görməyə imkan verəcək (azərtac). Kompaniya, həmçinin kosmik turistlərə Wi-Fi və içki barı vəd edir. Kapsulun ilk uçuşunu 2024-cü ildə həyata keçirəcəyi gözlənilir.
















