• Bakı 14° C

    1.25 m/s

 Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI 

GÜNDƏM

31 May 2021 | 20:43

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 565 nəfər müalicə olunaraq sağalıb, 4 913 nəfər vəfat edib, aktiv xəstə sayı 4 478 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 815, ötən müddət ərzində isə ümumilikdə 3 513 989 test aparılıb.


Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026