• Bakı 15° C

    2.03 m/s

“Sputnik” peyvəndi “omikron”a qarşı daha pis mübarizə aparır - Aleksandr Gintsburq

DÜNYA

22 Avqust 2022 | 09:09 | Müəllif: Qalib İbrahimoğlu

“Sputnik” peyvəndi “omikron”a qarşı daha pis mübarizə aparır - Aleksandr Gintsburq

Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.

Onun sözlərinə görə, COVID-19-un yeni “delta-omikron” ştamının yaranması nəzərə alınaraq yeni antigen tərkibli peyvənd hazırlanıb.

"Hazırda Səhiyyə Nazirliyindən “Sputnik V”nin bir antigen tərkibini digəri ilə əvəz etməyə imkan verəcək reqlamentin tətbiqini gözləyirik” deyən Gintsburq qeyd edib ki, mövcud “Sputnik” peyvəndi əvvəlki ştamlarla müqayisədə yeni “omikron”a qarşı daha pis mübarizə aparır.

Mərkəz direktoru bildirib ki, "Delta-omikron"un yeni ştamının ortaya çıxması hələ də rekombinasiyaya əsaslanan dəyişkənlik yollarının olduğunu göstərir.

"Əgər iki fərqli virus eyni vaxtda hüceyrəyə daxil olsa, onlar özlərinin bir hissəsini bir-biri ilə mübadilə edə bilərlər", - deyə A.Gintsburq əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR