• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Xəzər sülh və yeni imkanlar dənizi olmalıdır” - Tokayev

DÜNYA

20 Sentyabr 2022 | 23:27 | Müəllif: Subhan Mahmudov

“Xəzər sülh və yeni imkanlar dənizi olmalıdır” - Tokayev

Xəzər sülh zonası olmalı və yeni imkanların reallaşmasına imkan verməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı deyib.

“Biz Xəzər dənizinin sülh və yeni imkanlar dənizinə çevrilməsini təmin etməliyik. Yaxın aylarda Qazaxıstan ticarət tədarük zəncirinin pozulması nəticəsində enerji və kritik xammala məhdud çıxışın təsirini minimuma endirməkdə vasitəçi olacaq”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə respublika enerji mənbələrini şaxələndirməyə çalışır, xüsusilə yaşıl hidrogen və bərpa olunan enerji mənbələrinə diqqət yetirir.

Dövlət başçısı həmçinin qeyd edib ki, Qazaxıstan Dünya Okeanına çıxışı olmayan ən böyük inkişaf etməkdə olan ölkə kimi Asiyanın Avropaya gedən mühüm quru dəhlizinə çevrilir.

“Biz Qazaxıstan vasitəsilə yük dövriyyəsi həcminin yaxın illərdə əhəmiyyətli dərəcədə artacağını gözləyirik”, - Tokayev qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026