"Qızılca xəstəliyinə yoluxan bütün uşaq və böyüklərə 24 saat aralıqla A Vitamini verilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnistututunun pediatrı Sevinc Mehdiyeva deyib.
"A Vitamini xəstəliyin sağalmasında rol oynayır".
Pediatrın sözlərinə görə, uşaqlarla yanaşı böyüklər arasında da qızılca artıb:
"Yoluxanların çoxu peyvənd vurdurmayanlardır. Azərbaycan Səhiyyə Nazirliyi bunun üçün xaricdən peyvəndlər gətirib. Ölüm hallarının olmaması üçün Səhiyyə Nazirliyi əhalini vaksinasiya çağırır. Qızılcanın ən effektiv müalicə yolu peyvənddir. 40 yaşa qədər hər kəs peyvənd oluna bilər".
Aytac Aslan
















