• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Abşeronda nə qədər erməni yaşayır? - STATİSTİKA

CƏMİYYƏT

09 Fevral 2024 | 13:51

Abşeronda nə qədər erməni yaşayır? - STATİSTİKA

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Abşeron rayonunda əhalinin sayı 431 493 nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Abşeron əhalisinin 218 269 nəfərini kişilər, 213 224 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Xırdalan şəhəri (195 216 nəfər), Saray qəsəbəsi (37 566 nəfər), Mehdiabad qəsəbəsi (20 479 nəfər), Qobu qəsəbəsi (17 398 nəfər), Hökməli qəsəbəsi (17 051). Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 77,3 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Abşeronda 1304 nikah bağlanıb, 376 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Abşeron rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Belə ki, sonuncu siyahıyaalma zamanı Abşeronda yaşayan 8 nəfər (2 kişi, 6 qadın) erməni milliyətindən olduğunu bildirib. Abşeronda say çoxluğuna görə azərbaycanlılardan sonra ruslar, ləzgilər və türklər gəlir. Abşeron rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR