• Bakı 20° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Stomatoloji vasitələrin qanunsuz yolla ölkəyə keçirilməsinə cəhd edilib - FOTO

HADİSƏ

28 Fevral 2025 | 17:10

Stomatoloji vasitələrin qanunsuz yolla ölkəyə keçirilməsinə cəhd edilib - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları stomatoloji vasitələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib. Vətəndaşa məxsus əşyalara stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı həmin şəxsin çamadan və çantasında gömrük orqanlarına bəyan edilməyən üç adda 555 ədəd stomatoloji vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026