• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Sudan ordusu paytaxt Xartumda nəzarəti ələ aldı

DÜNYA

26 Mart 2025 | 23:58

Sudan ordusu paytaxt Xartumda nəzarəti ələ aldı

Sudan ordusu paytaxt Xartumu üsyançı silahlı qruplaşmadan tamamilə azad edib. Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhanı gətirən təyyarə ölkədə müharibə başlanandan bəri ilk dəfə olaraq Xartum beynəlxalq aeroportuna enib.

Bakıvaxtı.az bu barədə Sudan Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan bu yaxınlarda üsyançı çevik dəstək qüvvələrindən təmizlənmiş Prezident Sarayında bəyan edib.

Qeyd olunur ki, Sudan ordusu əl-Cəzirə vilayətinin şimalındakı kəndlərə və Xartum vilayətinin cənubuna doğru irəliləyir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026