• Bakı 30° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Sülhlə bağlı mühüm nəticələr var - XİN

SİYASƏT

04 Avqust 2026 | 13:28

Sülhlə bağlı mühüm nəticələr var - XİN

Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlar sülh prosesində mühüm nəticələr verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

    Nazir qeyd edib ki, hazırda iki ölkə arasında de-fakto sülh şəraiti formalaşıb və etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır.

    "Bu gün əminliklə qeyd edə bilərik ki, ikitərəfli format sülh gündəliyinin irəli aparılmasında öz effektivliyini sübut edib. Əldə olunan nəticələr bunu bir daha təsdiqləyir", – Ceyhun Bayramov bildirib.

    Nazirin sözlərinə görə, bundan sonra da sülh gündəliyinin məhz birbaşa dialoq yolu ilə irəlilədilməsi vacibdir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Avqust 2026