• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sülhməramlılar jurnalistləri Xocalıya buraxmadı - VİDEO

CƏMİYYƏT

07 Dekabr 2022 | 12:20

Sülhməramlılar jurnalistləri Xocalıya buraxmadı - VİDEO

Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

Bakıvaxtı.az  İctimai Televiziyaya (İTV) istinadla xəbər verir ki, azərbaycanlı jurnalistlər doğma Azərbaycan ərazilərinə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə düşüb.

Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.

Məsələ burasındadır ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya sülhməramlı Qarabağ ərazisində müvəqqəti quraşdırdığı postlardan azərbaycanlı jurnalistləri buraxmayıblar.
 


Sülhməramlılar jurnalistləri Xocalıya buraxmadı - VİDEOSülhməramlılar jurnalistləri Xocalıya buraxmadı - VİDEOSülhməramlılar jurnalistləri Xocalıya buraxmadı - VİDEOSülhməramlılar jurnalistləri Xocalıya buraxmadı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026