• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

"Caspian Coast" MƏHKƏMƏLİK OLDU

CƏMİYYƏT

06 Yanvar 2023 | 11:21

"Caspian Coast" MƏHKƏMƏLİK OLDU

Azərbaycanın iri şərabçılıq müəssisələrdindən biri olan “Caspian Coast Winery and Vineyards” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətalarına görə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi əsasında protokol tərtib edilərək Siyəzən Rayon Məhkəməsinə göndərilib.

İş hakim Bəylər Ələkbərovun sədrliyilə araşdırılacaq.

Bu məcəllənin 483-cü maddəsi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlıdır.  

Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR