• Bakı 14° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Sülhməramlılarla bağlı YENİ XƏBƏR – “Dağıstandan  Ukraynaya gedəcəklər

DÜNYA

22 Aprel 2024 | 15:48

Sülhməramlılarla bağlı YENİ XƏBƏR – “Dağıstandan  Ukraynaya gedəcəklər”

Qarabağdan çıxarılan Rusiya sülhməramlı kontingenti ilə bağlı yeni xəbər var.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadla xəbər verir ki, sözügedən hərbi kontingentə yeni tapşırıq verilib və onların Ukrayna cəbhəsinə göndəriləcəyi ehtimalı böyükdür.

Rusiyanın məşhur pravda.ru saytı bununla bağlı aşağıdakıları yazıb:

“Əldə edilən məlumata görə, 2020-ci ilin payızından Dağlıq Qarabağda olan sülhməramlı kontingent bu həftədən etibarən geri çəkilməyə başlayıb. Kontingent 2 minə yaxın əsgərdən ibarət idi. Ağır texnikası olan hərbçilər dəmir yolu ilə Azərbaycan sərhədindən Dağıstana daşınır. Qərb mediası artıq onlarla kifayət qədər yeni BTR-82A zirehli transportyorlarının da daxil olduğu bu kontingentin tam qüvvə ilə Ukraynaya gedəcəyindən ehtiyat edir. Rusiyalı analitiklər artıq qeyd ediblər ki, bu, RF Silahlı Qüvvələri üçün yaxşı ehtiyat olacaq”.


SON XƏBƏRLƏR