• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -FOTOLAR - VİDEO - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2024 | 09:36

Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -FOTOLAR - VİDEO - YENİLƏNİB

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

08:44

03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

    Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

    Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

    ***

    08:26

    Sumqayıtda yaşayış binasında partlayış olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınıb.

    Əraziyə təcili tibbi yardım və FHN qüvvələri cəlb edilib.

    İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.

    DİN Mətbuat Xidmətindən  bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.

    Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir.

    Fövqəladə Hallar Nazirliyi baş verən hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Əlavə məlumat veriləcək.

    Qeyd edək ki, hadisə nəticəsində 1 nəfırin dağıntılar altında qaldığı, 13 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

    İlkin məlumata görə ölən olmayıb.


    SON XƏBƏRLƏR

    23 Aprel 2025