Hadisə şəhərin 48-ci məhəlləsində yerləşən mənzillərdən birində qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, 50 yaşlı Sahil Paşayevin cansız bədəni qonşuları tərəfindən aşkarlanıb. Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyitə baxış keçirilib, ölümün səbəbinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bakı 



