• Bakı 20° C

    7.44 m/s

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

HADİSƏ

10 Iyun 2026 | 10:53 | Müəllif: Əli Hüseynov

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026