• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Suqovuşan belə qurulur - VİDEO

CƏMİYYƏT

10 Dekabr 2023 | 10:14 | Müəllif: Subhan Mahmudov

Suqovuşan belə qurulur - VİDEO

Suqovuşanda quruculuq işləri davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb.

Qeyd edilib ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5 km yol çəkildi. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirildi. Həmçinin alternativ yol da istifadəyə verildi. Düşmənin illər ərzində söküb daşıdığı, yararsız vəziyyətə gətirdiyi enerji infrastrukturu yenidən quruldu. İki kiçik su elektrik stansiyası istismara verildi. Suqovuşan elektrik enerjisi ilə tam təmin olundu.

Yeni hərbi hissənin istifadəyə verilməsi ilə Suqovuşan istiqamətində təhlükəsizlik tam təmin olundu. Düşmənə revanşizmə yer yoxdur mesajı verildi. Təhsil ənənələri də bərpa olundu, çoxmərtəbəli binalar tikildi. Tikilən evlər isə bir il sonra sakinlərin istifadəsinə veriləcək.

Daha ətraflı AzTV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026